İDMAN


Rusiya və ABŞ gimnastları Bakıda qızıl medal qazanıblar

Bakı, 16 mart, AZƏRTAC

Bakıda kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışlarının daha iki qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə kişilərin paralel qollarda yarışında rusiyalı Vladislav Poliaşov 15,133 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Türkiyəli Ferhat Arıcan 15,100 xalla gümüş, Çin idmançısı Hao You 15,066 xalla bürünc medal qazanıblar.

Qadınların dayaqla tullanma yarışlarında ABŞ təmsilçisi Keri Ceyd 14,933 xalla birinci, özbəkistanlı Oksana Çusovitina 14,700 xalla ikinci, Meksika təmsilçisi Aleksa Moreno 14,233 xalla üçüncü pillədə qərarlaşıblar.

Azərbaycan gimnastı Marina Nekrasova isə 13,900 xalla altıncı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.