DÜNYA


Rusiya və ABŞ məhbuslarının mübadiləsi həyata keçirilib

Moskva, 27 aprel, AZƏRTAC

Rusiya və ABŞ məhbuslarının mübadiləsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Aprelin 27-də Rusiya Konstantin Yaroşenkonu Trevor Rid ilə dəyişib.

Qeyd edək ki, təyyarə pilotu Konstantin Yaroşenko 2010-cu ildə Liberiyada böyük həcmdə kokain partiyasını daşımaqda təqsirli bilinib. Sonradan o, ABŞ-a gətirilərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş amerikalı tələbə Trevor Rid isə 2019-cu ildə iki qadınla qalmaqaldan sonra polis nəfərlərinə də hücum çəkməkdə təqsirləndirilirək Moskva məhkəməsi tərəfindən 10 il müddətinə həbs edilmişdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.