Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiya və Azərbaycan mövqeləri tutuşdururlar

Rusiya və Azərbaycan mövqeləri tutuşdururlar

Moskva, 13 sentyabr, AZƏRTAC

Moskva ilə Bakı arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Buna görə Rusiya və Azərbaycan regionda və dünyada vəziyyətin dəyişməsinə uyğun olaraq vaxtaşırı öz hərəkətlərini əlaqələndirirlər. Belə görüşlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Rusiyaya səfəri olub. RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin görüşdəki danışıqların əhəmiyyəti barədə məlumat verib.

-Dmitri İvanoviç, Siz Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycan Rusiyanın etibarlı tərəfdaşı, dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri, müstəqil qərarlar qəbul edən və qonşuları ilə bərabərhüquqlu əməkdaşlıq siyasəti yürüdən güclü dövlətdir. SSRİ dağılandan sonra postsovet məkanındakı ölkələrin çoxundan fərqli olaraq Azərbaycan Rusiyaya həmişə hörmətlə yanaşıb və Qərbin təşəbbüsü ilə başlanan antirusiya xarakterli hər hansı sanksiyalara qoşulmayıb. Rusiya bu cür münasibəti həmişə yüksək qiymətləndirib və eyni şəkildə cavab verib. Bu gün Rusiya və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, oxşar mövqe tuturlar. 2008-ci ildə ölkələrimiz Dostluq və Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə imzalayıblar. Rəmzi haldır ki, həmin hadisənin onillik yubileyi ilində ölkələrimizin prezidentləri arasında əlaqələr xüsusilə fəallaşıb. Təkcə son yarım ildə Vladimir Vladimiroviç Putin və İlham Heydər oğlu Əliyev müxtəlif məkanlarda bir neçə dəfə görüşüblər və hər dəfə onların səmərəli danışıqları dövlətlərarası əməkdaşlığın genişləndirilməsi üçün yeni stimul olub.

-Prezidentlər İlham Əliyev ilə Vladimir Putinin Soçi görüşündə əməkdaşlığın hansı aspektləri xüsusi vurğulanıb?

-Ölkələrimizin iqtisadi əməkdaşlığı xüsusilə fəal inkişaf edir: Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard dollara çatıb. Azərbaycan Prezidentinin səfəri çərçivəsində tərəflər energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinə aid bir sıra sənədlər imzalayıblar. Maşınqayırma, əczaçılıq, daşınmaz əmlak sahələrinə qarşılıqlı investisiyalar barəsində həm Azərbaycanın, həm də Rusiyanın böyük planları var. Azərbaycan üçün Rusiya – kənd təsərrüfatı məhsullarının sərfəli bazarı, Rusiya üçün onun cənub qonşusu - ağır sənaye məhsulları bazarıdır. Bundan əlavə, son dövrlərdə “Rosneft” ilə SOCAR arasında müqavilələr imzalanıb, “Azərmaş” ASC və “Avtozavod QAZ” MMC əməkdaşlıq barədə razılığa gəliblər, Soçidə aparılmış danışıqların yekunlarına əsasən iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə təsdiq edilmiş beş “yol xəritəsi” isə Rusiya-Azərbaycan əlaqələrini daha da möhkəmlətməyə imkan verəcək.

-İki ölkənin Xəzərdə və nəqliyyat sahəsində müştərək layihələri mövzusuna bir qədər ətraflı toxunasınız...

-Yaxın vaxtlarda imzalanmış Xəzər Dənizinin Hüquqi Statusu barədə Konvensiya bütün Xəzəryanı dövlətlərin diplomatiyasının birgə uğurudur. Xəzərin statusunun dəqiq müəyyən edilməsi əsas aktorlar arasında qarşılıqlı fəaliyyət üçün yeni imkanlar açır: karbohidrogenlərin birgə hasilatı, balıq ovu, Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması üzrə Moskvanın və Bakının layihələri var. Ölkələrimiz, o cümlədən “Qoşadaş” blokunun və Xəzər dənizinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının dayazsulu şimal hissəsinin öyrənilməsi ilə məşğul olmağı planlaşdırırlar.

“Şimal-Cənub” nəqliyyat dəhlizində qarşılıqlı iqtisadi fəaliyyət çox uğurla inkişaf edir. Bu məsələdə Azərbaycan mühüm rol oynayır, Rusiya isə şimala çıxışı təmin edir. Keçən il bu dəhliz üzrə yük axını cəmi 1700 ton olduğu halda, cari ilin yeddi ayı ərzində yük axını artaraq 170 min tona çatıb, yəni yüz dəfə artıb. Özü də bu, hələ başlanğıcdır!

-Cari ildə Azərbaycan Milli Məclisinin yaradılmasının 100 illiyi qeyd olunur. Siz bu hadisənin tarixi əhəmiyyətini nədə görürsünüz və yaxın vaxtlar üçün hansı parlamentlərarası layihələr planlaşdırılır?

-Azərbaycan müsəlman Şərqinin bütün ölkələri üçün parlamentarizm yolunu açıb. O vaxta qədər həmin ölkələrdə monarxiya və hərbi-feodal rejimləri hökm sürürdü. Azərbaycanda ilk dəfə olaraq dünyəvi respublika qurulub və siyasi plüralizm əsasında parlament yaradılıb. Bu parlament demokratiya, xalq hakimiyyəti və çoxpartiyalılıq prinsiplərini həyata keçirib: parlamentdə praktiki olaraq Azərbaycanda yaşayan bütün millətlərin və xalqların təmsil olunduğu 11 fraksiya vardı. Birinci parlamentin ömrü iki ildən az olub, lakin həmin dövrdə əsası qoyulmuş ənənələrdən 1991-ci ildə, Azərbaycan Respublikasının müstəqilliyi bərpa edilən vaxt da istifadə edilib.

Rusiya və Azərbaycan parlamentarilərinin yeni nəsli parlamentlərarası işi intensivləşdirir və gücləndirir. Bu, hər iki ölkə üçün çox vacibdir, çünki ölkələrimizin liderləri tərəfindən əldə edilmiş razılaşmaların reallaşmasının təmin olunmasında qanunverici hakimiyyət mühüm rol oynayır. Artıq vitse-spikerlərin sədrliyi ilə yüksək səviyyəli parlamentlərarası komissiya yaradılması barədə qərar qəbul edilib və Dövlət Dumasının vitse-spikeri Sergey Neverov iki ölkənin parlamentlərarası əlaqələrinin möhkəmlənməsi məsələsini müzakirə etmək üçün sentyabrın sonunda Bakıya növbəti səfər edəcək. İdarə heyətinin sədri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu olan Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) xətti üzrə bir sıra müştərək tədbirlər keçirilməsi planlaşdırılıb və Milli Məclisin 100 illiyi ilə bağlı şənliklərdə, əlbəttə, Rusiya parlamentinin nümayəndə heyəti də iştirak edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlı rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb