İQTİSADİYYAT


Rusiya və Azərbaycan vergi xidmətlərinin birgə işçi qrupunun iclası keçirilib

Bakı, 8 aprel, AZƏRTAC 

“Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın “Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi”nə uyğun olaraq Rusiya Federasiyasının Federal Vergi Xidməti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında işçi qrupu yaradılıb. Sözügedən işçi qrupunun ilk iclasının keçirilməsi məqsədilə Rusiyanın Federal Vergi Xidmətinin beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti idarəsinin rəisi Dmitri Volvaçın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı nümayəndə heyətinin üzvləri vergilər naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr, o cümlədən işçi qrupu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib, Rusiya-Azərbaycan vergi xidmətləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi zəruriliyi vurğulanıb.

M.Cabbarov işçi qrupunun iclasının ikitərəfli əlaqələrin möhkəmlənməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi baxımından səmərəli hesab etdiyini diqqətə çatdırıb.

Sonra Vergilər Nazirliyində işçi qrupunun iclası keçirilib. İclasda vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi, vergi mübahisələrinin məhkəməyəqədər həlli, transfer qiymətəmələgəlməsinə nəzarət, vergiödəyicilərinin qeydiyyatı, o cümlədən vergiödəyicilərinə xidmət sahələrində təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində Rusiya nümayəndə heyəti kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının vahid qeydiyyat orqanı prinsipi - “bir pəncərə” sistemi ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.