DÜNYA


Rusiya və Çin Ayda birgə elmi stansiya yaradacaqlar

Bakı, 18 iyul, AZƏRTAC

Rusiya və Çinin kosmik tədqiqatlar üzrə təşkilatları Ayda birgə elmi stansiya yaradılması barədə planın müddəalarını müzakirə ediblər. AZƏRTAC Rusiyanın “Roskosmos” dövlət korporasiyasının saytına istinadla xəbər verir ki, bu barədə məsləhətləşmələr iki ölkənin hökumət başçılarının mütəmadi görüşlərinə hazırlıq çərçivəsində keçirilən kosmik tədqiqatlar sahəsində əməkdaşlıq üzrə Rusiya-Çin komissiyasının 20-ci iclasında aparılıb.

“Roskosmos”un baş direktoru Dmitri Roqozin və Çin Milli Kosmos Administrasiyasının rəhbəri Çjan Ketszyanın sədrliyi ilə keçirilən iclasda Ayda birgə elmi stansiya ilə yanaşı, Yerin məsafədən zondlanması üzrə peyk qrupunun yaradılması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Rusiya və Çin rəsmiləri kosmik tədqiqatlar sahəsində qarşılıqlı fəaliyyətin mümkün istiqamətlərinə də toxunublar. Rusiyanın “Qlavkosmos” idarəsinin koordinasiyası altında 2018-2022-ci illərdə iki ölkə arasında əməkdaşlığa dair proqrama yenidən baxılması da diqqət mərkəzində olub. Ayda birgə elmi stansiya yaradılması təşəbbüsü Çin tərəfinə Sankt-Peterburqda keçirilmiş Beynəlxalq iqtisadi forum zamanı təqdim olunub. “Roskosmos” 2023-cü ildə Aya göndərəcək “Luna-26” missiyasını Çinin analoji proqramı ilə birləşdirmək istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.