SİYASƏT


Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər

Moskva, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon söhbəti olub.

AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər.

Mətbuat xidmətində qeyd ediblər ki, Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri olması nəzərə alınmaqla Dağlıq Qarabağ ətrafında vəziyyət hərtərəfli müzakirə edilib.

Kremlin mətbuat xidmətinin məlumatında deyilir: “RF Prezidenti həmkarını Rusiya tərəfinin qan tökülməsinə son qoymağa imkan verən fəal vasitəçilik səyləri, həmçinin münaqişə zonasında Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsi barədə məlumatlandırıb”.

Qeyd edilib ki, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli bəyanatı yerinə yetirilir, bütövlükdə regionda vəziyyət sabitləşib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.