DÜNYA


Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub

Moskva, 12 fevral, AZƏRTAC

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiyanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsinə zəmanət, Ukrayna ətrafında vəziyyətin nizama salınması ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər İranın nüvə proqramına dair birgə fəaliyyət planının yerinə yetirilməsi mövzusuna da toxunublar.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.