DÜNYA


Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub

Moskva, 19 avqust, AZƏRTAC

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub.

AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng vurub. Tərəflər Ukraynadakı vəziyyət, o cümlədən “Zaporojye” AES-ə MAQATE missiyasının göndərilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Rusiya Prezidenti iyulun 22-də imzalanmış İstanbul razılaşmalarının reallaşdırılmasının gedişi barədə məlumat verib. O vurğulayıb ki, Rusiyanın ixrac malları üçün hələ də maneələr mövcuddur və bu, qlobal ərzaq təhlükəsizliyi probleminin həllinə kömək etmir.

Prezidentlər göstərilən məsələlərlə əlaqədar müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.