DÜNYA


Rusiya və KXDR liderlərinin təkbətək danışıqları iki saat çəkib

Bakı, 25 aprel, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinin və KXDR Dövlət Şurasının sədri Kim Çen Inın təkbətək danışıqları iki saata yaxın davam edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, görüşün bu hissəsinə protokolda 50 dəqiqə nəzərdə tutulmuşdu. Danışıqlar bağlı qapılar arxasında keçib. Söhbətdə nümayəndə heyətlərinin üzvləri iştirak etməyib, liderlərin yanında yalnız tərcüməçilər olub.

Təkbətək danışıqların KİV nümayəndələri üçün açıq hissəsində Vladimir Putin əmin olduğunu bildirib ki, KXDR liderinin Rusiyaya səfəri Koreya yarımadasında vəziyyətin nizamlanmasına kömək göstərəcək. Onun həmsöhbəti də bu fikrə şərik çıxıb. Putin, həmçinin Şimali Koreyanın cənub qonşusu və ABŞ-la münasibətlərin normallaşdırılmasına yönələn səylərini alqışlayıb.

Sonra dövlət başçılarının görüşü geniş tərkibdə davam edib.

Rusiya KİV-lərinin məlumatına görə, liderlərin görüşlərinin yekunlarına dair birgə bəyanatlar verilməyəcək, sənədlər imzalanmayacaq. Lakin Rusiya Prezidentinin jurnalistlər qarşısına çıxaraq sammitlə bağlı təəssüratlarını bölüşəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.