Rusiya və Türkiyə təbii qaz qovşağı layihəsi üzərində işləri davam etdirir
AzerTAg.az

Moskva, 20 mart, AZƏRTAC
Rusiya və Türkiyə təbii qaz qovşağı layihəsi üzərində işləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O qeyd edib ki, bu, kifayət qədər mürəkkəb bir layihədir və onun reallaşdırılması zamanı gecikmələr və texniki problemlər meydana çıxa bilər.
D.Peskov əlavə edib: “Aydındır ki, bu, kifayət qədər mürəkkəb işdir, çətin bir layihədir. Əlbəttə, onun reallaşdırılması vaxt baxımından hər hansı gecikmələr, bu və ya başqa texniki problemlərlə müşayiət oluna bilər. Türkiyə qovşağı ilə bağlı belə hallar qaçılmazdır. Biz prosesi izləyəcək və türkiyəli həmkarlarla əməkdaşlığı davam etdirəcəyik”.
Türkiyədə energetika qovşağının yaradılması təşəbbüsünü ötən il Rusiya Prezidenti Vladimir Putin irəli sürüb. Söhbət Türkiyədən üçüncü ölkələrə, ilk növbədə Avropaya qaz tədarükünü həyata keçirəcək mərkəzin yaradılmasından gedir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var