DÜNYA


Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Bakı, 11 iyul, AZƏRTAC

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında telefon danışığı olub.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu, Zelenskinin prezident seçilməsindən sonra iki dövlət başçısının ilk əlaqəsidir. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, prezidentlər Donbassda vəziyyəti və əsirlərin mübadiləsi məsələsini müzakirə ediblər. Danışığın gedişində tərəflər bu işi ekspertlər səviyyəsində davam etdirmək barədə razılığa gəliblər. Bundan başqa, əlaqələrin Normand formatında davam etdirilməsi imkanları da müzakirə olunub.

Xatırladaq ki, iyulun 8-də Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinə Minskdə görüşməyi təklif edib. “Danışmaq lazımdır? Lazımdır. Krımın kimə məxsus olduğunu və Donbasda kimlərin olmadığını müzakirə edək”, - deyə Zelenski mövzunu dəqiqləşdirib. O, həmçinin sammitdə Donald Tramp, Emmanuel Makron, Tereza Mey və Angela Merkelin də iştirak etməli olduğunu deyib.

Bu təşəbbüsü şərh edən Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Moskvanın təklifi nəzərdən keçirəcəyini bildirib və dialoqun perspektivinin qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.