İDMAN


Rusiya yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində ən güclü cüdoçularla çıxış edəcək

Bakı, 18 aprel, AZƏRTAC

Rusiya yığması mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində ən güclü cüdoçularla çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, dünya reytinq cədvəlində ikinci pillədə qərarlaşan Rusiya turnirdə yarısı kişi olmaqla 28 cüdoçu ilə təmsil olunacaq. Bakı tatamisində Rusiya yığma komandasının ən titullu cüdoçuları mübarizə aparacaqlar. Belə ki, Olimpiya çempionu Beslan Mudranov, həmçinin bir sıra nüfuzlu turnirlərin qalib və mükafatçıları “Böyük dəbilqə”də qüvvələrini sınayacaqlar.

İndiyədək 60 ölkə (500-dən çox cüdoçu) Bakı turnirinə qatılacağını təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.