İDMAN


Rusiya yüngül atletlərinin diskvalifikasiya müddəti yenidən uzadılıb

Bakı, 11 fevral, AZƏRTAC

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) artıq onuncu dəfə Ümumrusiya Yüngül Atletika Federasiyasının diskvalifikasiya müddətini uzadıb.

AZƏRTAC IAAF-ın saytına istinadla xəbər verir ki, Ümumrusiya Yüngül Atletika Federasiyasının IAAF-da üzvlüyü 2015-ci ilin noyabrında dayandırılıb. Assosiasiyanın məlumatında qeyd olunub ki, diskvalifikasiya Rusiya Federasiyasının bütün tələbləri yerinə yetirməsindən sonra sona çatacaq. Ən əsası, Rusiya assosiasiyanın bütün xərclərini ödəməlidir. Bundan başqa, Dünya Antidopinq Agentliyinin Moskva laboratoriyalarında aldığı məlumatların yoxlanılmasının başa çatmasını gözləmək lazım gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.