DÜNYA


Rusiyada 6 nəfər koronavirusun “deltakron” variantına yoluxub

Moskva, 11 avqust, AZƏRTAC

Rusiyada 6 nəfər koronavirusun “deltakron” variantına yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (Rospotrebnadzor) məlumat yayıb.

“Deltakron” koronavirusun “omikron” və “delta” ştamlarının hibrididir. Rusiyanın iki şəhərində - Moskvada və Sankt-Peterburqda COVID-19-un bu variantına yoluxan şəxslər aşkarlanıb. Onlar xəstəliyi tibb müəssisəsinə yerləşdirilmədən yüngül formada keçiriblər.

“Rospotrebnadzor”dan “deltakron”un epidemioloji vəziyyətə əhəmiyyətli təsir göstərmədiyini də vurğulayıblar.

Qeyd edək ki, avqustun 10-da Rusiyada koronavirusa 25 min 815 yoluxma qeydə alınıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.