DÜNYA


Rusiyada ƏDV ilə bağlı qanun layihəsinə düzəlişlər hazırlanıb

Bakı, 19 avqust, AZƏRTAC 

Rusiya hökuməti ixracat əməliyyatları üçün əlavə dəyər vergisinin (ƏDV) tətbiqi qaydalarının dəqiqləşdirilməsi ilə bağlı qanun layihəsinə dəyişikliklər hazırlayıb.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin rəsmi internet saytının məlumatına əsasən, düzəlişlərdə emal nəticəsində əmələ gələn malların, reeksport gömrük prosedurları çərçivəsində ölkədən aparılmış xarici mallardan istifadə edilməklə istehsal edilən (alınan) malların satışı üçün, eləcə də bu cür malların daşınması üçün müşayiətedici xidmətlərə ƏDV güzəştinin edilməsi (0 dərəcəsinin tətbiqi) təklif olunur.

Bu düzəlişlər prioritet hesab edilən “Beynəlxalq kooperasiyanın və ixracın inkişafı üzrə sistemli tədbirlər” layihəsinin həyata keçirilməsi məqsədilə hazırlanıb.

Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov özünün “twitter” səhifəsində yazıb ki, nəzərdə tutulan düzəlişlər ölkədən “Rusiya poçtu” vasitəsilə ixrac edilən mallara da 0 dərəcə ilə ƏDV tətbiq etməyə imkan yaradacaq.

“Bununla da “Rusiya poçtu” ixracat üçün gözəl bir vasitə formalaşdırır - gömrük orqanları ilə elektron sənədləşmə dövriyyəsi, üstəgəl 0 dərəcə ilə ƏDV. İndi hətta Rusiya Federasiyasının ən balaca kəndlərindən də “Rusiya poçtu” vasitəsilə dünyanın istənilən yeri ilə asan, sürətli və sərfəli ticarət etmək olar!”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.