RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyasının Ryazan vilayətindəki Azərbaycan diasporunun rəhbəri Samir Qarayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Xalqımızın yüksək etimad göstərərək Sizi yenidən doğma Azərbaycanımızın Prezidenti seçməsi münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.

Biz Rusiyanın Ryazan vilayətində yaşayan azərbaycanlılar həmişə Sizin fəaliyyətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqın rifahının yaxşılaşdırılmasına, respublikanın dinamik inkişafına və Azərbaycanın beynəlxalq arenada layiqli təmsil olunmasına yönələn dövləti fəaliyyətinizi ürəkdən alqışlayır və Sizə yeni uğurlar diləyirik.

Hörmətlə,

 

Samir Qarayev

Rusiya Federasiyasının Ryazan vilayətindəki

Azərbaycan diasporunun rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin