DÜNYA


Rusiyada Konstitusiyaya düzəlişlərə dair səsvermə keçirilir

Moskva, 1 iyul, AZƏRTAC

Rusiyada Konstitusiyaya düzəlişlərə dair səsvermə keçirilir.

AZƏRTAC xəbər verir ki, Konstitusiyaya düzəlişlərə dair səsvermə Rusiyada artıq iyunun 25-dən keçirilir. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə səsvermə bir həftə ərzində həm onlayn, həm də canlı davam edib. İyulun 1-də isə ümumrusiya səsverməsinin sonuncu - əsas günüdür. Səsvermə məntəqələri bütün ölkə üzrə saat 8:00-dan 20:00-dək açıq olacaq.

Rusiya Prezidenti Vladimir Putin Elmlər Akademiyasının binasındakı seçki məntəqəsində səs verib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.