DÜNYA


Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermə iyulun 1-də keçiriləcək

Moskva, 1 iyun, AZƏRTAC

Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermə iyulun 1-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya düzəlişlərlə əlaqədar ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsini təklif edib. Ölkə başçısı Mərkəzi Seçki Komissiyasına, Rusiya İstehlakçıların Hüquqlarına və İnsan Rifahına Nəzarət üzrə Federal Agentliyə, həmçinin regionların rəhbərlərinə seçki sahələrində tam təhlükəsizliyi təmin etmək barədə tapşırıq verib.

Xatırladaq ki, Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə əvvəlcə aprelin 22-nə təyin edilmişdi. Lakin koronavirus pandemiyası səbəbindən proses təxirə salındı.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.