MƏDƏNİYYƏT


Rusiyada "Unudulmaya məhkum edilmişlər" sənədli filminin premyerası olub

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərində İkinci Dünya müharibəsi illərində Qaraçay xalqının deportasiya edilməsinə dair "Unudulmaya məhkum edilmişlər" sənədli filminin premyerası keçirilib.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qaraçay-Çərkəz Tarix-Bədii Qoruğu və M.O.Bayçarov adına Muzeyin direktoru Xanafi Həsənov bildirib.

"Unudulmaya məhkum edilmişlər" sənədli filmi Şimali Qafqaz xalqlarının sürgün edilməsindən bəhs edən ilk ekran əsəridir.

“Bu hadisə ilə bağlı şahidlərin danışdıqları bizim üçün çox vacib idi. Film Qaraçay xalqının sürgün olunduğu yer, onların güzəranı və qonşu xalqlara olan münasibəti barədə ətraflı məlumat verir”, -deyə X.Həsənov bildirib.

Ekran əsərində repressiyanın qurbanları olan qaraçaylılar faciəvi həyatı barədə özləri danışır. Xoşbəxtlikdən onlar sonradan öz doğma yurdlarına qayıda bilirlər.

Filmdə həmçinin sürgün olunanlar sırasında çeçen, balkar (alanlar) və inquşların taleyindən də söhbət açılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.