DÜNYA


Rusiyada avtomobil qəzası nəticəsində altı uşaq həlak olub

Moskva, 30 aprel, AZƏRTAC

Rusiyanın Stavropol vilayətində mikroavtobusun “Kamaz” yük avtomobili ilə toqquşması nəticəsində altı uşaq həlak olub.

AZƏRTAC xəbər verir ki, qəza “Həştərxan-Stavropol” yolunun 535 kilometrliyində baş verib. Hadisə zamanı 18 nəfəri Volqoqraddan Çerkesskə yarışlara aparan mikroavtobus “Kamaz” yük maşını ilə toqquşub. Nəticədə 12 nəfər yaralanıb, 6 uşaq həlak olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.