DÜNYA


Rusiyada bir gündə 439 nəfər koronavirus infeksiyasından ölüb

Moskva, 12 noyabr, AZƏRTAC

Rusiyada bir gündə 21 608 nəfər koronavirus infeksiyasına yoluxub.

AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 733 440 nəfərə çatıb.

Bir gündə Rusiyada 18 811 nəfər sağalıb, 439 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 388 168 xəstə sağalıb, 32 032 nəfər ölüb. Hazırda Rusiyada 438 368 aktiv xəstə var.

Ən çox yoluxma halı (5997) Moskvada qeydə alınıb.

COVID-19 xəstələrinin sayına görə Rusiya hazırda dünyada dördüncü yerdədir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.