DÜNYA


Rusiyada bir gündə 5475 nəfər koronavirusa yoluxub

Moskva, 29 iyul, AZƏRTAC

Ötən gün Rusiyada 5 min 475 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

AZƏRTAC xəbər verir ki, gün ərzində 169 xəstə vəfat edib, 8116 nəfər sağalaraq evə buraxılıb. Ən çox yoluxma halı Moskvada (671) qeydə alınıb.

Rusiyada bütün dövr ərzində koronavirus infeksiyasına yoluxanların ümumi sayı 828 min 990 nəfərə çatıb, sağalanların sayı 620 min 333 nəfərdir, 13 min 673 pasiyent vəfat edib.

Hazırda ölkədə 260 min 621 xəstə müalicə olunur.

Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yeri tutur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.