DÜNYA
Rusiyada “bomba” həyəcanı davam edir: bir sutkada 15 minədək insan təxliyə olunub
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də bomba barədə anonim zənglər səbəbindən Rusiyanın səkkiz şəhərində, o cümlədən Moskvada 15 min nəfərdən çox insan təxliyə edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, partlayış təhlükəsi ilə bağlı təxliyə tədbirləri, eyni zamanda, paytaxtın 6 muzeyini, həmçinin 6 ticarət mərkəzini və digər müəssisələri əhatə edib.
Anonim zənglər sentyabrın 20-də ölkənin 12 şəhərində 32 min nəfərin təxliyə olunması ilə nəticələnmişdi.
Artıq ikinci həftədir ki, Rusiyanı müxtəlif administrativ və ticarət binalarına bomba qoyulması barədə anonim zənglər dalğası bürüyüb. İndiyə qədər ümumilikdə minə qədər obyektin minalanması barədə məlumat verilib və bu səbəbdən təxminən 350 min insan təxliyə olunub. Bütün obyektlərdə ciddi axtarışlar aparan güc strukturlarının əməkdaşları heç bir halda partlayış təhlükəsi aşkarlamayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]