DÜNYA


Rusiyada diplomatlar və beynəlxalq təşkilatların əməkdaşları üçün mağazalar açılacaq

Moskva, 4 avqust, AZƏRTAC

Rusiyada diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri üçün mağazalar açılacaq.

AZƏRTAC xəbər verir ki, Moskvada və Sankt-Peterburqda diplomatlar, konsullar, beynəlxalq təşkilatların əməkdaşları və onların ailə üzvləri üçün rüsumsuz ticarətlə məşğul olan mağazalar açılacaq. Bu barədə Rusiya hökumətinin qərarı dərc olunub.

Avqustun sonlarında açılacağı gözlənilən ticarət obyektlərində alkoqollu içkilər, tütün məmulatları, kosmetika, ətirlər, smartfonlar və saatlar satılacaq. Qiymətlər rubl, dollar və avro ilə göstəriləcək. Müştərilər mağazaya girərkən müvafiq sənədlər təqdim etməli olacaqlar.

Qeyd edək ki, sovet dövründə SSRİ-də “Beryozka” adlanan belə mağazalar fəaliyyət göstərirdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.