DÜNYA


Rusiyada əcnəbilərin müvəqqəti olma və müvəqqəti yaşama icazəsi alması proseduru asanlaşdırıla bilər

Moskva, 15 may, AZƏRTAC

Rusiyada bəzi kateqoriyadan olan əcnəbi vətəndaşların ölkədə müvəqqəti olma və müvəqqəti yaşama icazəsi alması proseduru asanlaşdırıla bilər.

AZƏRTAC xəbər verir ki, Rusiya Hökuməti Dövlət Dumasına bəzi kateqoriyadan olan əcnəbi vətəndaşlara ölkədə müvəqqəti olma və yaşama hüququ verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalistlərə bildirib ki, əslən Rusiyadan olan, rus dilini bilər, bu ölkədə qohumları yaşayan, burada təhsil alan və Rusiyanın rifahı naminə işləyən şəxslər bürokratik əngəllərlə üzləşməməlidir. Bu qəbildən olan adamların sənədləri qısa müddətdə qeydiyyatdan keçməlidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.