DÜNYA


Rusiyada həkim Armen Ohanesyan 10 il müddətinə azadlıqdan məhrum edilib

Moskva, 11 iyul, AZƏRTAC

Rusiyada həddi-buluğa çatmamış pasiyentlərinə qarşı zorakılıq hərəkətləri etmiş həkim Armen Oqanesyan 10 il müddətinə azadlıqdan məhrum olunub.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda yeniyetmə qız pasiyentlərinə qarşı zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 60 yaşlı həkim-anastezioloq Armen Ohanesyana hökm oxunub. O, beş yeniyetmə qızı narkoz altında olarkən zorlamaqda təqsirləndirilir.

Sankt-Peterburqun “Yuventa” klinikasında çalışan A.Ohanesyan 6 il müddətinə həkimlik fəaliyyəti göstərməkdən də məhrum edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.