DÜNYA


Rusiyada həqiqi hərbi xidmətə çağırışla bağlı dəyişikliklər təklif olunur

Rusiyada həqiqi hərbi xidmətə çağırışla bağlı dəyişikliklər təklif olunur

Moskva, 13 mart, AZƏRTAC

Rusiyada həqiqi hərbi xidmətə çağırış yaşının aşağı həddi 21 yaşa, yuxarı həddi isə 30 yaşadək artırıla bilər.

AZƏRTAC xəbər verir ki, martın 13-də Rusiya Dövlət Dumasına bu barədə qanun layihəsi daxil olub. Layihəyə əsasən, həqiqi hərbi xidmətə çağırış üçün yaş hədlərinin 2026-cı ilədək mərhələlərlə dəyişdirilməsi nəzərdə tutulur.

Qanun layihəsində 2024-cü ildə yuxarı həddin 30 yaşadək artırılması, aşağı həddin isə 2026-cı ilədək 21 yaşa çatdırılması təklif olunur.

Ötən ilin dekabrında müdafiə naziri Sergey Şoyqu tərəfindən irəli sürülmüş bu təklif Prezident Vladimir Putin tərəfindən dəstəkləmişdi. Hazırda Rusiyada həqiqi hərbi xidmətə 18-27 yaş arasında kişilər çağırılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.