DÜNYA


Rusiyada hərbi xidmətlə bağlı cinayətlərə görə cəzalar sərtləşdirilib

Moskva, 24 sentyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə (CM) hərbi xidmətlə bağlı düzəlişlər paketi imzalayıb.

AZƏRTAC xəbər verir ki, Rusiya Cinayət Məcəlləsinə “Qarətçilik” maddəsi daxil edilib. Bu maddəyə əsasən, 6 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Könüllü əsir düşmə” maddəsi ilə təqsirləndirilən hərbçiləri isə 3 ildən 10 ilədək cəza gözləyir.

Fərarilər və çağırışla hərbi xidmətə gəlməyənləri 5 ildən 10 ilədək müddətə cəza ala bilərlər. Bu cəza həm müqavilə ilə xidmət göstərənlərə, həm ehtiyatda olub hərbi təlimlərə çağırılan şəxslərə aiddir.

Bundan əlavə, hərbi əmrin yerinə yetirilməməsi, döyüş əməliyyatlarında iştirakdan imtina, komandanlığın əmrinə etiraz və digər əməllər üçün də cəzalar sərtləşdirilib.

Bu əməllərin silahlı münaqişələr, səfərbərlik və ya hərbi vəziyyət zamanı törədilməsi ağırlaşdırılmış hal kimi qəbul olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.