DÜNYA
Rusiyada iki yol qəzası nəticəsində 10 nəfər həlak olub
Bakı, 24 avqust, AZƏRTAC
Rusiyada şənbə günü baş verən iki yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, avqustun 24-nə keçən gecə Moskva-Volqoqrad trasında minik avtomobili avtobusla toqquşub. Qəzaya Hyundai Solaris avtomobilinin əks hərəkət zolağına çıxması səbəb olub. Hadisə nəticəsində minik avtomobilindəki beş nəfər həyatını itirib.
İkinci ağır qəza isə bu gün səhər Kaluqada baş verib. Annenki rayonunda MAZ markalı yük maşını qarşı hərəkət zolağına çıxaraq Kia Sportage avtomobilinə çırpılıb. Minik avtomobilində olan beş nəfərin hamısı, o cümlədən iki uşaq həlak olub. Yük avtomobilinin yaralanan sürücüsü xəstəxanaya yerləşdirilib.
Hazırda polis işçiləri hadisə yerində araşdırma aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]