DÜNYA


Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı aşkar edilib

Moskva, 20 fevral, AZƏRTAC

Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal İstehlakçıları Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova məlumat verib.

Onun sözlərinə görə, Rusiya quşçuluq fabriklərindən birinin yeddi əməkdaşında yeni növ A(H5H8) quş qripi aşkarlanıb. Bu, quş qripinin yeni A(H5H8) növünün ilk dəfə quşlardan insana keçməsi faktıdır. Həmin fabrikdə ötən ilin dekabrında quşların kütləvi şəkildə xəstəliyə yoluxması qeydə alınmışdı.

A.Popova deyib ki, görülən tədbirlər nəticəsində qripin daha geniş yayılmasının qarşısı alınıb və həmin xəstələr hazırda özlərini yaxşı hiss edirlər. Quş qripinin insandan insana keçməsi halı hələlik qeyd olunmayıb.

Xidmətin rəhbəri bildirib ki, Rusiya alimləri quş qripinin yeni A(H5H8) növünün dəyişikliyə uğrayaraq, ilk dəfə quşdan insana keçməsi barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatına göndəriblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.