DÜNYA


Rusiyada internet şəbəkəsinin dayanıqlı işləməsinə dair kompleks tədbirlər barədə qanun layihəsi qəbul edilib

Moskva, 12 fevral, AZƏRTAC

Dövlət Duması Rusiyada internet şəbəkəsinin müdafiəsi və dayanıqlı işləməsinə dair kompleks tədbirlər barədə qanun layihəsi qəbul edib.

AZƏRTAC xəbər verir ki, sənədin müəlliflərinin fikrincə, qanun layihəsi Rusiyada internetin fasiləsiz işləməsi üçün müstəqil infrastruktur yaradılmasına imkan verəcək.

Sənədin qəbul edilməsi ilə internetin Rusiyada olan istifadəçilərinin öz aralarında bölüşdükləri məlumatların xaricə ötürülməsi minimuma endiriləcək, transsərhəd rabitə xətləri və trafik mübadiləsi nöqtələri müəyyən olunacaq, rabitə operatorları təhlükə yarandıqda trafiki mərkəzləşdirilmiş şəkildə idarə edə biləcəklər. Eyni zamanda, Rusiya rabitə operatorları qlobal internet şəbəkəsinə qoşula bilmədikdə, yerli internet resurslarının işini təmin edə biləcək infrastruktur yaradılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.