DÜNYA


Rusiyada istehlak müddəti başa çatmış ərzaq məhsullarını tədarükçüyə qaytarmaq qadağan edilib

Moskva, 8 noyabr, AZƏRTAC

Rusiya Dövlət Duması ticarət şəbəkələrinin istehlak müddəti başa çatmış ərzaq məhsullarını tədarükçüyə qaytarmasına qadağa qoyulması barədə qanun qəbul edib.

AZƏRTAC xəbər verir ki, qadağa istehlak müddəti 30 gün olan ərzaq məhsullarına aiddir. Qanun qüvvəyə mindikdən sonra satış şəbəkələri saxlama müddəti bitmiş süd, un və ət məhsullarını, meyvə və tərəvəzi tədarükçüyə qaytara bilməz. Bundan əlavə, mağazalar bu cür məhsulların utilləşdirilməsinə görə xərclərin ödənilməsini də tədarükçüdən tələb edə bilməzlər.

Dövlət Duması sədrinin müavini, qanunun təşəbbüskarlarından biri İrina Yarovaya bildirib ki, qanunun tətbiqi istehsalçılara istehsalı planlaşdırmaq və genişləndirmək, məhsulların keyfiyyətini və çeşidini artırmaq imkanı verəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.