DÜNYA


Rusiyada iyulun 30-dan sonra ən çox sayda koronavirus xəstəsi qeydə alınıb

Moskva, 11 sentyabr, AZƏRTAC

Rusiyada iyulun 30-dan sonra bir gündə ən çox sayda koronavirus xəstəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 11-nə olan məlumata görə Rusiyada daha 5504 koronaviruslu xəstə qeydə alınıb. Dünən bu rəqəm 5363 nəfər idi. Beləliklə, Rusiyada COVID-19 xəstələrinin sayı 1 051 874 nəfərə, aktiv xəstələrin sayı isə 165 min 402 nəfərə çatıb.

Paytaxt Moskvada da iyulun 30-dan sonra rekord sayda – 698 xəstə qeydə alınıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.