DÜNYA
Rusiyada koronavirus infeksiyasına qarşı 47 peyvənd üzərində iş gedir
Moskva, 21 may, AZƏRTAC
Rusiyanın 14 müəssisəsində COVID-19 infeksiyasına qarşı 47 peyvənd üzərində iş gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazirin müavini Tatyana Qolikova məlumat verib.
Onun sözlərinə görə, koronavirusun müəyyən edilməsi üçün 24 test sistemi qeydə alınıb. Peyvəndlərin və test sistemlərinin işlənib hazırlanması üçün 3,1 milyard rubl vəsait ayrılıb.
Bundan əlavə, Baş Nazirin müavini dünyada koronavirusun müalicəsi üçün 5 dərman üzərində də iş aparıldığını, istehsalçılar arasında Rusiyanın da olduğunu deyib.
Hazırda Rusiyada COVID-19 infeksiyasına yoluxanların sayı 300 min nəfəri keçib. Xəstələrin sayına görə dünyada ikinci yeri tutan Rusiyada indiyədək bu xəstəlikdən 2972 nəfər dünyasını dəyişib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]