DÜNYA


Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı 600 mini keçib

Moskva, 24 iyun, AZƏRTAC

Ötən gün Rusiyada 7176 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

AZƏRTAC xəbər verir ki, gün ərzində 154 xəstə vəfat edib, 12 min 393 nəfər sağalaraq evə buraxılıb.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 606 min 881 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 368 min 822 nəfər sağalıb, 8513 pasiyent vəfat edib.

Hazırda Rusiya xəstəxanalarında 229 min 546 nəfər koronovirus infeksiyasından müalicə olunur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.