DÜNYA


Rusiyada koronavirus xəstələrinin sayı 2 milyonu keçib

Moskva, 19 noyabr, AZƏRTAC

Rusiyada ötən gün 23 610 nəfər koronavirus xəstəsi aşkar edilib.

AZƏRTAC xəbər verir ki, Rusiyada koronavirus xəstələrinin ümumi sayı 2 015 608 nəfərə çatıb.

Bir gündə 25 573 nəfər sağalıb, 456 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 526 656 xəstə sağalıb, 34 850 nəfər ölüb. Hazırda 454 102 aktiv xəstə var.

Ən çox yoluxma halı (6438) Moskvada qeydə alınıb.

COVID-19 xəstələrinin sayına görə Rusiya hazırda dünyada beşinci yerdədir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.