DÜNYA


Rusiyada koronavirusa gündəlik yoluxma sayı 24 min nəfəri keçib

Moskva, 20 noyabr, AZƏRTAC

Rusiyada ötən gün 24 318 nəfər koronavirus xəstəsi aşkar edilib.

AZƏRTAC xəbər verir ki, Rusiyada koronavirus xəstələrinin ümumi sayı 2 039 926 nəfərə çatıb.

Bir gündə 24 758 nəfər sağalıb, 461 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 551 414 xəstə sağalıb, 35 331 nəfər ölüb.

Ən çox yoluxma halı (6902) Moskvada qeydə alınıb.

COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.