DÜNYA


Rusiyada koronavirusa qarşı “Areplivir” preparatı satışa çıxarılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Rusiya apteklərində koronavirusa qarşı ambulator qaydada istifadəsinə icazə verilən “Areplivir” preparatının satışı başlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu preparatın istehsalçısı olan “Promomed” kompaniyasının baş direktoru Andrey Mladentsev deyib.

“Bu gün satışların birinci günüdür. Lakin preparatı sentyabrın 18-də ala bilən apteklər satışa şənbə günündən başlayıb”, - deyə o bildirib.

Andrey Mladentsevin sözlərinə görə, preparat, bütün iri aptek şəbəkələri və distribüterlər tərəfindən sifariş olunub. Satışların ilk mərhələsində preparatın Rusiyadakı təxminən 10 min aptekə çatdırılması nəzərdə tutulur, sonradan satış nöqtələrinin sayı artırılacaq.

Qeyd edək ki, bir qədər əvvəl “Promomed” kompaniyasının rəhbəri “Areplivir”in 200 milliqramlıq 40 həbdən ibarət bir paketinin pərakəndə satış qiymətinin 12 min 320 rubl (təxminən 162 dollar) olacağını demişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.