DÜNYA


Rusiyada koronavirusa yoluxma statistikasında yeddi ayda ən aşağı göstərici qeydə alınıb

Moskva, 27 aprel, AZƏRTAC

Rusiyada ötən gün 8 053 koronavirus xəstəsi aşkar edilib. Bu, son yeddi ayda ən aşağı göstəricidir.

AZƏRTAC xəbər verir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 4 775 425 nəfərə çatıb.

Bir gündə 19 003 nəfər sağalıb, 392 nəfər vəfat edib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 4 402 678 xəstə sağalıb, 108 980 nəfər vəfat edib. Hazırda ölkədə 267 767 nəfər COVID-19 xəstəsi var.

Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 2 098 nəfər artıb, 58 nəfər vəfat edib.

COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan, Braziliyadan sonra dördüncü yerdədir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.