ELM VƏ TƏHSİL


Rusiyada kosmosdan təhlükəyə qarşı milli proqram hazırlanır

Bakı, 26 yanvar, AZƏRTAC

“Roskosmos” dövlət korporasiyası və Rusiya Elmlər Akademiyası asteroid, kometa və kosmik zibillərdən gələn zərərin qarşısını almaq üçün milli proqram hazırlayır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sözügedən qurumların məlumatında asteroidlər, kometalar və kosmik daşların qalıqları təhlükə kimi dəyərləndirilir, eyni zamanda, təkcə kosmik cisimlərin deyil, yerətrafı orbitdəki kosmik zibillərin də Yer planetinin sakinlərinə zərər vurduğu bildirilir.

Daha əvvəl “Roskosmos”un departament müdiri Yuri Makarov Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətində çıxışı zamanı asteroid-kometa təhlükəsinin monitorinqi üzrə birgə milli proqram hazırlamağı təklif edib. Onun sözlərinə görə, yeni layihənin reallaşdırılmasına yerətrafı kosmik məkanda təhlükəli vəziyyətlər barədə avtomatlaşdırılmış xəbərdarlıq sistemi də qoşula bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.