MƏDƏNİYYƏT


Rusiyada ölkəmizin turizm potensialı və məhsullarının təqdimatı olacaq

Bakı, 11 mart, AZƏRTAC

Martın 12-dən 14-dək Rusiyanın paytaxtı Moskvada “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi” keçiriləcək.

Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın turizm potensialı və yeni turizm məhsulları təqdim olunacaq.

Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə yanaşı, bir sıra turizm şirkətləri və hotellərin nümayəndələri təmsil edəcək.

Sərgi çərçivəsində Rusiyanın və müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçiriləcək.

Azərbaycan 2002-ci ildən etibarən qeyd olunan sərgidə iştirak edir.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir. Rusiya Azərbaycan turizm bazarında ən çox paya sahib olmaqla, xarici ziyarətçilərin sayına görə birinci yerdə dayanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.