DÜNYA


Rusiyada “omikron”un “kraken” ştamına daha bir yoluxma aşkarlanıb

Rusiyada “omikron”un “kraken” ştamına daha bir yoluxma aşkarlanıb

Moskva, 3 fevral, AZƏRTAC

Rusiyada koronavirusun “omikron” ştamının “kraken” variantına daha bir yoluxma aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məlumat yayıb.

Koronavirusun “kraken” variantına ikinci yoluxma Tıva Respublikasında müəyyən edilib. Mütəxəssislər COVID-19 virusunun bu növünün xəstələrdə daha yüngül keçdiyini, ağır kliniki nəticələrə səbəb olmadığını deyirlər. Eyni zamanda, həkimlər “kraken”in sürətlə yayılacağını ehtimal etmirlər.

Rusiyada virusun “kraken” variantına ilk yoluxma yanvar ayında Penzada aşkar olunmuşdu.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.