DÜNYA


Rusiyada ötən gün ərzində koronavirusa yoluxanların sayı əvvəlki günlərlə müqayisədə azalıb

Moskva, 1 aprel, AZƏRTAC

Rusiyada ötən gün ərzində koronavirusa yoluxanların və ölənlərin sayı əvvəlki günlərlə müqayisədə azalıb.

AZƏRTAC xəbər verir ki, hazırda ölkədə 2777 koronavirusa yoluxan şəxs var, onların 1880 nəfəri Moskva sakinidir. İndiyədək Rusiyada 24 nəfər koronavirus infeksiyasında dünyasını dəyişib, 190 xəstə sağalıb.

Ötən gün Rusiyada koronavirus infeksiyasına yoluxmuş 7 nəfər ölüb. Ölənlərin 5 nəfəri paytaxt sakinidir. Ötən gün 440 nəfərdə COVID-19 aşkar edilib. Bu, əvvəlki günlərlə müqayisədə aşağı göstəricidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.