DÜNYA


Rusiyada ötən il yeni doğulan uşaqların sayı 5,4 faiz azalıb

Moskva, 12 aprel, AZƏRTAC

2018-ci ildə Rusiyada 1 milyon 604 min uşaq doğulub. Bu, 2017-ci illə müqayisədə 90 min nəfər və ya 5,4 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Topilin məlumat verib.

Nazir deyib ki, 2017-ci ildə əhalinin artımında təxminən 200 min nəfər azalma müşahidə olunurdu. Hökumətin vəziyyəti yaxşılaşdırmaq üçün hazırladığı demoqrafik paket 2018-ci ildə qüvvəyə minib. M.Topilin görülən tədbirlərin müsbət nəticələr verəcəyinə ümid etdiyini və hökumətin körpə dünyaya gətirən ailələrin sosial müdafiəsini gücləndirəcəyini bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.