DÜNYA


Rusiyada parlament seçkilərində seçicilərin 35,69 faizi iştirak edib

Moskva, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-u saat 10:00-a olan məlumata görə, Rusiyada parlament seçkilərində seçicilərin 35,69 faizi iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.

Ən yüksək fəallıq Tıva, Kabarda-Balkariya və Çeçenistan respublikalarında qeydə alınıb. Elektron səsvermə nəzərə alınmadan ən aşağı fəallıq isə Sankt-Peterburq və Vladimir vilayətində müşahidə edilib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.