DÜNYA


Rusiyada polis nəfəri tapdığı böyük məbləğdə pulu sahibinə qaytarıb

Moskva, 7 yanvar, AZƏRTAC 

Rusiyada polis nəfəri Yakutsk sakininin küçədə saldığı böyük məbləğdə pulu – 100 min rublu (təxminən 2500 AZN) taparaq sahibinə qaytarıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bankdan böyük məbləğdə pul götürən Yakutsk sakini evə çatdıqda vəsaitin gödəkcənin cibindən düşdüyünü aşkar edib.

İtən pul vəsaitini tapan sahə polisi Leonid Lebedev bu barədə növbətçi hissəyə xəbər verib, həmçinin sosial şəbəkələrdə elan yerləşdirib. Pulun sahibini sosial şəbəkələr vasitəsilə tapmaq mümkün olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.