DÜNYA


Rusiyada qismən səfərbərlikdən yayınma ilə bağlı açılan ilk cinayət işinə xitam verilib

Moskva, 7 oktyabr, AZƏRTAC

Rusiyada qismən səfərbərlikdən yayınma ilə bağlı açılan ilk cinayət işinə xitam verilib.

AZƏRTAC xəbər verir ki, Penza vilayətinin Prokurorluğu qismən səfərbərlikdən imtina etmiş şəxs barəsində açılmış cinayət işinə xitam verib və 32 yaşlı Penza sakininə qarşı açılan cinayət işi qanunsuz hesab edilib. O, 48 saat ərzində saxlandığına görə kompensasiya qalacaq.

Məsələ ilə bağlı hüquq mühafizəçisi TASS agentliyinə bildirib ki, Rusiya İstintaq Komitəsi qərarla bağlı şikayət edəcəyini bildirib.

Qeyd edək ki, Penza sakininə qarşı sürülən ittihamla hərbi xidmətdən yayınma maddəsi üzrə iki ilədək azadlıqdan məhrumetmə cəzası kəsilə bilər. Şübhəli şəxsin vəkilləri maddənin yalnız müddətli hərbi xidmətdən yayınanlara aid olduğunu əsas gətiriblər.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.