DÜNYA


Rusiyada qismən səfərbərliklə bağlı bir çox məqamlara aydınlıq gətirilib

Moskva, 28 sentyabr, AZƏRTAC

Rusiya hökuməti qismən səfərbərliklə bağlı yaradılmış “Obyasnyaem.rf” portalında bir çox məqamlara aydınlıq gətirib.

AZƏRTAC xəbər verir ki, portalda çağırış yaşında olan kişilərin ölkədən və yaşadığı regiondan çıxışına, eləcə də hərbi xidmətə çağırılmış şəxslərdən başqa digərlərinin xarici pasport almasına qadağa qoyulmadığı bildirilir.

Oktyabr ayında müddətli hərbi xidmətdən ehtiyata buraxılacaq şəxslər qismən səfərbərliklə yenidən hərbi xidmətə çağırıla bilərlər. Bundan əlavə, müqavilə ilə hərbi xidmət keçmiş hərbçilər, 35 yaşınadək əsgər və çavuşlar, 50 yaşınadək kiçik rütbəli zabitlər, 55 yaşınadək yüksək rütbəli zabitlər, ilk növbədə, səfərbərliyə cəlb olunacaqlar.

Eyni zamanda, hərbi xidmətə cəlb olunan əsgər və zabitlərin yuxarı yaş həddi 50 yaş, kiçik zabitlərin 60 yaş, yüksək rütbəli zabitlərin isə 65 yaş həddində müəyyən olunub.

Xaricdə, eləcə də Ukrayna hərbçiləri arasında qohumları olanların səfərbərlikdən yayınma hüququ, könüllülər üçün isə sağlamlıq və yaşla bağlı məhdudiyyət yoxdur.

İkili vətəndaşlığı olan şəxslər də səfərbərliyə cəlb oluna bilərlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.