CƏMİYYƏT


Rusiyada qrip epidemiyası apreldə başa çatacaq

Bakı, 11 fevral, AZƏRTAC

Rusiya Səhiyyə Nazirliyi proqnozlaşdırır ki, bu il qrip epidemiyası aprelin ortalarında başa çatacaq.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova Birinci kanala müsahibəsində deyib.

O deyib: “İki həftə dözmək qalıb. Sonra qrip sabitləşmə mərhələsinə qədəm qoyacaq və yoluxanların sayı azalmağa başlayacaq. Haradasa aprelin ortalarında qrip tamamilə aradan qalxacaq. Epidemiyanın özü adətən 12-14 həftə sürür. Biz faktiki olaraq sabitləşməyə yaxınlaşmışıq. Sonra yoluxanların sayı yavaş-yavaş azalacaq”.

Nazirin sözlərinə görə, əhalinin vaksinasiyası sayəsində qripə yoluxma və qripdən ölmə halları xeyli azalıb. 2006-cı ildən başlayaraq 12 il ərzində bizdə xəstəliyə yoluxma 13 dəfədən çox azalıb, vaksinasiyanın əhatə dairəsini 2,5 dəfədən çox genişləndirdiyimizə görə qripdən ölüm hallarının sayı 20 dəfədən çox azalıb.

Rusiya Səhiyyə Nazirliyinin daha əvvəl açıqlanmış proqnozuna görə, 2019-cu ildə qrip epidemiyası orta intensivlik həddini keçməyəcək.

“Rospotrebnadzor”un Epidemiologiya Nəzarəti İdarəsinin rəisi Yelena Yejlova bildirib ki, Rusiya Federasiyasının 43 subyektində kəskin respirator virus infeksiyası və qrip üzrə epidemik hədd aşılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.