CƏMİYYƏT


Rusiyada qripə yoluxanların sayı artır

Bakı, 7 fevral, AZƏRTAC

Rusiyada qripin yayılma coğrafiyası dəyişməsə də xəstəliyə yoluxanların sayı artmaqdadır.

AZƏRTAC “Vesti.ru” saytına istinadla xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un məlumatında bildirilir. Epidemiya hüdudunu adlama halları ölkənin 43 regionunda qeydə alınıb. Bir qayda olaraq, iri yaşayış məntəqələrinin sakinləri xəstəliyə yoluxurlar. Elmi-Tədqiqat Qrip İnstitutunun məlumatına görə, 34 şəhərdə vəziyyət mürəkkəbdir. Bir həftə əvvəl bu şəhərlərin sayı 17-yə bərabər idi. Onların əksəriyyəti Sibir federal dairəsində yerləşir.

Kalininqradda xəstəliyə yoluxanların sayı üçdəbir qədər artıb, İrkutskda isə məcburi tətillərin müddəti daha iki gün uzadılıb. Belə ki, uşaqlar dərslərə yalnız fevralın 13-də başlaya biləcəklər. Cənubda və Şimali Qafqazın dörd regionunda məktəblər bağlanılıb. Əsas diqqət Şimali Osetiyaya yönəldilib. Orada sərhəddə fəaliyyət göstərəcək sanitar həkimlərin sayının artırılmasına qərar verilib. Teplovizorların köməyi ilə onlar Gürcüstandan gələn hər kəsin hərarətini ölçəcəklər. Xatırladaq ki, iki ay ərzində Gürcüstanda qrip azı 17 nəfərin həyatına son qoyub.

Rusiya Federasiyasının Səhiyyə Nazirliyi ölkə sakinlərini təlaşa düşməməyə və gigiyena qaydalarına riayət etməyə çağırıb. Səhiyyə nazirinin sözlərinə görə, baş verənlər “xəstəliyin adi mövsümi dəyişmələridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.